Salyanda kanaldan meyiti tapılan şəxslə bağlı təfərrüatlar bəlli olub.
Lent.az-ın məlumatına görə, həmin şəxs Yenikənd kənd sakini 19 yaşlı Əhməd Ramil oğlu Dadaşzadədir. Onun su kanalından tapılan meyitinin üzərində zorakılıq əlamətləri olmayıb.
Məlumata görə, Ramil Dadaşzadə sentyabrın 7-də itkin düşüb və tapılması üçün axtarış elan olunub.
Faktla bağlı araşdırma aparılır.
***
10 sentyabr, saat: 19:33
Salyanda suvarma kanalında kişi meyiti aşkar edilib.
Lent.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Yenikənd kəndində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.(APA)