Salyanda məktəbdə   20 nəfər tüstüdən zəhərləndi  - YENİLƏNİB
05 dekabr 2025 18:08 (UTC +04:00)

Salyanda məktəbdə 20 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB

0

Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbdə baş verən hadisə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin ciddi nəzarətindədir. 

MÜTDA-dan Lent.az-a bildirilib ki Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. 

Qeyd edək ki, gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir. 

Bildiririk ki, hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. 

***

saat 17:26

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə dekabrın 5-də saat 13:40-da 20 nəfər (15 nəfər qadın cinsi, 5 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Bu barədə Lent.az-ın sorğusuna xəstəxanadan məlumat verilib.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 11 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 9 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

***
16:03

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə dekabrın 5-də saat 13:40-da 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Salyan rayon Mərkəzi Xəstəxanasından Lent.az-ın sorğusuna bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

15:45

***

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

Lent.az-ın sorğusuna Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirildi ki, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

***

15:27

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

Məktəbi isitmək üçün istifadə olunan yanacaq növündən 20 nəfər şagirdin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 898

Oxşar yazılar