Samuxda fəhlə daşıyan avtobus aşdı , ölən və yaralılar var -YENİLƏNİB
25 yanvar 2026 09:58 (UTC +04:00)

Samuxda fəhlə daşıyan avtobus aşdı, ölən və yaralılar var -YENİLƏNİB

0

Xəbərə fotolar əlavə edilib.

***

09:26

 

Samuxda mikroavtobusun aşması zamanı ölən və yaralılardan birinin kimliyi məlum olub

Samuxda fəhlə daşıyan sərnişin mikroavtobus aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.

Ölən sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan M.Zülfüqarovun adı məlum olub, digərlərinin adı dəqiqləşdirilir./APA

 

 

***

09:06

 

Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə aşan Qazel markalı mikroavtobus fəhlələri işə aparırmış. Ölən və xəsarət alanların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar