Arvadını öldürüb intihar şousu göstərdi  - 3 ay əvvəl evlənmişdilər
24 yanvar 2026 16:40 (UTC +04:00)

Arvadını öldürüb intihar şousu göstərdi - 3 ay əvvəl evlənmişdilər

0

Türkiyədə intihar etdiyi deyilən qadının əslində əri tərəfindən öldürüldüyü üzə çıxıb.

Lent.az yerli mətbuata istinadən xəbər verir ki, Antalyanın Kepez rayonunda atasıgildən qonaqlıqdan qayıdan 24 yaşlı Helin Kutlayla həyat yoldaşı İsmail K. arasında mübahisə düşüb.

3 ay əvvəl ailə quran cütlüyün dava səslərini eşidən və vəziyyəti yoxlamaq üçün qapıya gələn qonşular mənzilin içindən bir dəfə silah səsi eşidib. Daha sonra qapını açan İsmail K. həyat yoldaşının özünü öldürmək istədiyini deyərək qucağında olan Helin Kutlayı xəstəxanaya aparıb.

Gənc qadın həkimlərin bütün müdaxilələrinə baxmayaraq, həyatını itirib.

Hadisədən sonra İsmail K. Antalya İl Polis İdarəsinin İctimai Asayiş Şöbəsinin Qətl Bürosu əməkdaşları tərəfindən saxlanılaraq ifadə üçün polis idarəsinə aparılıb.

Araşdırmalardan sonra məhkəməyə göndərilən İsmail K. prokurorluqda verdiyi ifadədən sonra məhkəmə tərəfindən “qəsdən adam öldürmə” ittihamı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar