Abşeronda bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Saray qəsəbinsə qeydə alınıb.
Saray qəsəbəsinin ərazisində yerləşən qəbristanlıqda fəhlə işləyən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Əliş oğlu Mehdiyev ehtiyatsızlıqdan elektrik naqilinə toxunması nəticəsində cərəyan vuraraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.