Saxta əlillik verən həkimlərin ŞOK CİNAYƏTİ:  126 min manat...
09 sentyabr 2024 12:30 (UTC +04:00)

Saxta əlillik verən həkimlərin ŞOK CİNAYƏTİ: 126 min manat...

Əlillik dərəcəsinin təyini və pensiyaların bərpası adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsdirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılır.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Soltiyev Ehtibar Şükrulla oğlu və digərlərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla Ehtibar Soltiyevin Arif Talıbov və qeyriləri ilə qabaqcadan əlbir olaraq 2022-2023-cü illər ərzində əlillik dərəcəsinin təyin edilməsi və dayandırılmış pensiyanın bərpasına köməklik göstərilməsi ilə bağlı onlara müraciət etmiş ayrı-ayrı şəxslərin aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 126 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq tədbirləri nəticəsində cinayət işi üzrə vurulmuş ziyandan 120 min manatın ödənilməsi təmin edilib.

Toplanmış sübutlar əsasında Ehtibar Soltiyev və Arif Talıbova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham elan edilib, barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812
avatar

Oxşar yazılar

Bakıda “Toyota” özünü "Nissan"a ÇIRPDI

Bakıda “Toyota” özünü "Nissan"a ÇIRPDI

16 oktyabr 2024 , 03:37
Bakıda gənc oğlan BIÇAQLANDI

Bakıda gənc oğlan BIÇAQLANDI

16 oktyabr 2024 , 02:34
Bakıda gənc oğlan özünü BİNADAN ATDI  - YENİLƏNİB

Bakıda gənc oğlan özünü BİNADAN ATDI - YENİLƏNİB

16 oktyabr 2024 , 00:28
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

15 oktyabr 2024 , 19:34
Gömrük polkovniki İŞDƏN ÇIXARILDI

Gömrük polkovniki İŞDƏN ÇIXARILDI

15 oktyabr 2024 , 19:23
Cəlilabadda qadın özünü asdı

Cəlilabadda qadın özünü asdı

15 oktyabr 2024 , 19:20
Biri uşaq olmaqla, 4 nəfər evdə diri-diri yandı

Biri uşaq olmaqla, 4 nəfər evdə diri-diri yandı

15 oktyabr 2024 , 18:17
Bakı metrosunda NASAZLIQ: sərnişinlər düşürüldü

Bakı metrosunda NASAZLIQ: sərnişinlər düşürüldü

15 oktyabr 2024 , 17:46