“Sədərək”də DAVA:  Naxçıvan sakinini DÖYDÜLƏR
19 yanvar 2023 13:10 (UTC +04:00)

“Sədərək”də DAVA: Naxçıvan sakinini DÖYDÜLƏR

0

"Sədərək" ticarət mərkəzində dava baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün ticarət mərkəzinin “Şirniyyat” bölməsində qeydə alınıb. 

Belə ki, bir neçə nəfər arasında düşən davada Natiq adlı şəxs Naxçıvan şəhər sakini 1976-cı il təvəllüdlü Natiq Abbasovu döyüb. Hadisə ilə bağlı polisə məlumat verilib. 

Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırmalar başlanılıb.

Hadisəni törədən şəxsin və davanın digər iştirakçıların müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3734

Oxşar yazılar