Şəhid atası 43 saat bölmədə saxlanılıb? - İddiaya CAVAB
09 fevral 2023 10:16 (UTC +04:00)

Şəhid atası 43 saat bölmədə saxlanılıb? - İddiaya CAVAB

Bakıda şəhid atasının 43 saat polis bölməsində saxlanılması barədə iddialar yayılıb.

Lent.az xəbər verir ki, bu barədə vəkil Vüsal Səfərov sosial şəbəkədə məlumat paylaşıb. Onun iddiasına görə, şəhid atası Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində qanunsuz olaraq, 43 saat saxlanılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, vətəndaş barəsində olan şikayət əsasında polis bölməsinə dəvət edilib. İzahatı alındıqdan sonra sərbəst buraxılıb. Onun 43 saat bölmədə saxlanılması ilə bağlı iddialar əsassızdır.

# 2334
avatar

Mehman Nəbiyev

Oxşar yazılar