Şəki-Oğuz yolunda QƏZA: yaralılar var
09 iyul 2025 15:00 (UTC +04:00)

Şəki-Oğuz yolunda QƏZA: yaralılar var

Şəki-Oğuz avtomobil yolunda qəza olub.

Lent.az xəbər verir ki, hadisə yolun Şəki rayonunun Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

44 yaşlı Oğuz rayon sakini Sarvan İmamverdiyevin idarə etdiyi "VAZ-21012" markalı avtomobillə 58 yaşlı Rəşid Umarovun idarə etdiyi "Toyota" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-21012"də olan 2 sərnişin xəsarət alıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1124

Oxşar yazılar