Şəkidə ağır qəzada  yaralanan sürücü xəstəxanada öldü
17 noyabr 2025 21:51 (UTC +04:00)

Şəkidə ağır qəzada yaralanan sürücü xəstəxanada öldü

1

Noyabrın 9-da Şəki rayonunun İnçə kəndi ərazisində “Mercedes” markalı avtomobillə toqquşan “Chevrolet”in sürücüsü, 35 yaşlı Famil Şəmiyev dünyasını dəyişib. 

Lent.az xəbər verir ki, o, bu gün müalicə olunduğu Bakı şəhərindəki xəstəxanada vəfat edib.

Qeyd edək ki, qəza zamanı daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 272

Oxşar yazılar