Şəmkirdə dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
10 noyabr 2025 10:42 (UTC +04:00)

Şəmkirdə dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

0

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən "Mersin" dönərxanasında qeydə alınıb. Şəhər sakinləri 31 yaşlı Nəsib Eldəniz oğlu Zeynalov, onun 5 yaşlı oğlu Emin, 2 yaşlı qızı Nazlı, həmçinin Dəllər Cəyir qəsəbə sakini 34 yaşlı Dürdanə Elçin qızı Kazımova, onun 11 yaşlı qızı Damla və 10 yaşlı oğlu Toğrul dönərdən zəhərləniblər. Zərərçəkənlər xəstəxanaya aparılıb və orada ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Digər hadisə isə şəhər ərazisində yerləşən "Mahmud" adlı dönərxanada baş verib. Burada isə Dəllər qəsəbə sakini 43 yaşlı Ruslan Hacıbəy oğlu Eyniyev dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib. O, da ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar