Cəbrayıla qanunsuz keçənlər
05 aprel 2021 14:30 (UTC +04:00)

Cəbrayıla qanunsuz keçənlər

Sərxoş halda minalanmış ərazilərə keçmək istəyənlər tutuldu - FOTO

Cəbrayılda işğaldan azad olunmuş ərazilərə keçən daha 4 nəfər saxlanılıb.
 
Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəbrayıl rayonunda Füzuli rayon sakinləri Səlim Qasımov və Elçin Abdullayev idarələrində olan avtomobillərlə sərxoş vəziyyətdə minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstəriblər. Onlar rayon ərazisində qurulmuş postda polis əməkdaşlarının saxla tələbinə məhəl qoymayaraq rayon ərazisinə daxil olublar.

Daha sonra həmin avtomobillərin saxlanılması polis əməkdaşları tərəfindən təmin edilib. S.Qasımov, E.Abdullayev və onların sərnişinləri Füzuli rayon sakinləri Elgün Babayev və Mehrac Hacıyev Polis Şöbəsinə gətiriliblər.  
 
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və törətdikləri əmələ qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.

# 1044
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09