Sərxoş halda qəza törədən polis polkovniki  işdən çıxarıldı
27 aprel 2022 13:11 (UTC +04:00)

Sərxoş halda qəza törədən polis polkovniki işdən çıxarıldı

Polis polkovniki işdən çıxarılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Veysəl İbrahimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.İbrahimovun adı mətbuata yad deyil. Belə ki, o, 2015-ci ildə sərxoş vəziyyətdə qəza törətməsi ilə medianın gündəminə gəlmişdi.

V.İbrahimov həmin vaxt Səbail rayon Polis İdarəsində çalışırdı. 

# 7221
avatar

Mehman Nəbiyev

Oxşar yazılar