Avtoxuliqanın maşını
28 yanvar 2022 17:48 (UTC +04:00)

Avtoxuliqanın maşını

Sərxoş olub "avtoş"luq edən tutuldu - VİDEO

Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayon sakini Habil Məhərrəmov idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Yol polisi əməkdaşlarının “saxla” əmrinə tabesizlik göstərən H.Məhərrəmov süni tıxac vasitəsi ilə saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Qubada avtoş saxlanılıb

# 2088
avatar

Mehman Nəbiyev

Oxşar yazılar