Sevgililər Günündə qaynar xəttə  yığıb tort istədi,  cərimələndi
14 fevral 2026 14:28 (UTC +04:00)

Sevgililər Günündə qaynar xəttə yığıb tort istədi, cərimələndi

0

Türkiyədə Sevgililər Günündə xilasetmə xidmətinin 112 qaynar xəttinə zəng vuran şəxs cərimələnib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Muğla rayonunda qeydə alınıb.

Sevgililər Günündə 112 qaynar xəttinə zəng edən bir kişi sevgilisi ilə çox xoşbəxt olduğunu deyib və onlara tort göndərilməsini istəyib.

Onun bu əməli 112 çağrı mərkəzinin rəhbərliyinin sərt reaksiyasına səbəb olub və onun barəsində məhkəməyə şikayət edilib. Nəticədə Sevgililər Günündə ağlı başından çıxan həmin kişi 1887 lirə miqdarında cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar