Sumqayıt-Bakı qatarı adam vurdu  - YENİLƏNİB
02 aprel 2025 11:11 (UTC +04:00)

Sumqayıt-Bakı qatarı adam vurdu - YENİLƏNİB

Xırdalanda qatar vuran piyadanın adı məlum olub.

Lent.az xəbər verir ki, Xırdalan dəmir yolu stansiyasının ərazisində Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Elşad Möhüb oğlu Camalov idarə etdiyi “ADY” QSC-yə məxsus “Stadler” markalı sürət qatarı ilə paytaxt sakini, 1989-cu il təvəllüdlü Kamran Vasif oğlu Dadaşovu vurub. 

K.Dadaşova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 

Faktla bağlı araşdırmalar aparılır.

***

1 aprel, saat 10:50

Bu gün saat 08:31-də ADY-yə məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb. Maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə "oxu.az"a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev məlumat verib.

O bildirib ki, qəza nəticəsində qatar hərəkətinə gecikmə ilə davam edib:

"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb".

"ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır və qanunvericiliyin tələblərini diqqətə çatdırır: Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Bu zaman xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli, texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməli, piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına, həmçinin dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız qatar keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər", - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3034

Oxşar yazılar

Daşkəsəndə DƏHŞƏT:  qardaş bacısını baltaladı

Daşkəsəndə DƏHŞƏT: qardaş bacısını baltaladı

8 avqust 2025 , 15:05
Lotereya oğrusu TUTULDU

Lotereya oğrusu TUTULDU

8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT

Baş prokurordan YENİ TƏYİNAT

8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə

Siyəzəndə kütləvi zəhərlənmə

8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu  köprənin SON DURUMU -YENİLƏNİB

Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB

8 avqust 2025 , 09:58
Bakıda FACİƏ:  avtobus piyadanı vurub öldürdü

Bakıda FACİƏ: avtobus piyadanı vurub öldürdü

8 avqust 2025 , 09:56