Sumqayıt sakini özünü dənizə atdı
16 avqust 2022 15:57 (UTC +04:00)

Sumqayıt sakini özünü dənizə atdı

Sumqayıtda bir nəfər özünü dənizə atıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt dənizkənarı bulvarında, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə 1 nəfər intihar məqsədilə özünü dənizə atıb. Dərhal hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.

Onların çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

# 2211
avatar

Mehman Nəbiyev

Oxşar yazılar