Sumqayıtda 47 yaşlı kişi  özünü asdı
28 mart 2023 12:40 (UTC +04:00)

Sumqayıtda 47 yaşlı kişi özünü asdı

Sumqayıtda intihar baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini 47 yaşlı Bəxtiyar Mirzə oğlu Abdullayev yaşadığı evdə özünü asıb. 

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırılma aparılır. 
 

# 1578
avatar

Sevinc Fərid

Oxşar yazılar