Sumqayıtda binanın blokunu tualetə çevirən  kişini DÖYDÜLƏR
07 dekabr 2023 19:41 (UTC +04:00)

Sumqayıtda binanın blokunu tualetə çevirən kişini DÖYDÜLƏR

Sumqayıtda kişi keçmiş qonşusunu döyüb.

Lent.az xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində baş verib. Bakıda yaşayan E.Ə. burada binalardan birində yaşayan anasına baş çəkməyə gəlib. Lakin anası bağ evinə getdiyi üçün taksi sifariş edərək, onun yanına getməyə hazırlaşıb.

E. Ə. bu zaman binanın blokunun girişində təbii ehtiyacını (sidik) ödəyib. Onun bu hərəkətini görən bina sakini E. C. yaxınlaşaraq, ona irad bildirib və buranı çirkləndirməməsini xahiş edib. Ancaq E. Ə. bu iraddan hiddətlənərək, E. C.-nı və ailə üzvlərini təhqir edib, həmçinin əl-qol atıb. Qarşı tərəf də cavab olaraq, onun üzünə yumruqla və bədənin digər hissələrinə təpiklə zərbələr vurub. Nəticədə E. Ə. müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb.

Onu döyən E. C. barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi açılıb.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə onun barəsində elektron qolbaq taxmaqla 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

# 2514
avatar

Mehman Nəbiyev

Oxşar yazılar