Sumqayıtda yataqxanada yanğın, 12 nəfər...
27 mart 2021 13:35 (UTC +04:00)

Sumqayıtda yataqxanada yanğın, 12 nəfər...

Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan otağın eyvanının (mətbəx kimi istifadə olunur) yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı tüstülənmiş otaqlardan 12 nəfəri yanğınsöndürənlər təhlükəsiz əraziyə təxliyə edib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin operativ tədbirləri nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 1359
avatar

Oxşar yazılar