Sumqayıt şəhərində baş verən partlayış səbəbilə mayın 20-də saat 12:20-də 5 kişi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən Lent.az-a bildirilib.
"Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda deyilir.
***
13:28
Sumqayıtda zavodda partlayış olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.
Faktla bağlı araşdırma aparılır.