Surət Hüseynova görə tutulan şəxs həbsdə öldü - ÖZƏL
02 fevral 2022 15:06 (UTC +04:00)

Surət Hüseynova görə tutulan şəxs həbsdə öldü - ÖZƏL

Bakıda daha bir məhkum ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən ömürlük məhkum Elşad Teyyub oğlu Mustafayev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, E. Mustafayev 1993-cü ildə Gəncə hadisələri ilə bağlı, sabiq baş nazir Surət Hüseynovun işi üzrə həbs olunanlardandır.

Məlumata görə, E. Mustafayevin də üzvü olduğu dəstə 1993-cü ildə Samux rayon prokuroru Şəmşir Əliyevin güllələnməsində iştirak ediblər. Onu da qeyd edək ki, E. Mustafayevin babası Vaqif Mustafayev o zaman Samuxun icra başçısı olub. Həmin hadisələrdən sonra o da saxlanılıb. 

# 101712
avatar

Mehman Nəbiyev

Oxşar yazılar