Cavid Sumqayıtlı
19 oktyabr 2021 14:39 (UTC +04:00)

Cavid Sumqayıtlı

Tanınmış meyxanaçı siyasi qafiyələrə görə tutulub? - İDDİALARA CAVAB

Ötən gün meyxanaçı Cavid Sumqayıtlı kimi tanınan Cavid Babaşovun həbs olunması barədə məlumat vermişdik.

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə meyxanaçının siyasi qafiyələrinə və qəzəllərinə görə həbs edildiyini iddia edilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, meyxanaçı Cavid Babaşovun Sumqayıtlı siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar yalandır, əsassızdır:

“İddia olunur ki, bir neçə il əvvəl dediyi hansısa qafiyəyə görə, cəzalandırılır. Doğrudanmı bu iddiaları yayanlar o qədər təəssübkeşdir? Elədirsə, bu təəssübkeşlər məhkəmə prosesində iştirak edib, istintaq materialları tanış ola bilər. Halbuki o, istintaqa öz əməlini etiraf edib.

C.Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün cari ilin may ayında Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib. 

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli istintaqla tam sübuta yetirilib.

Onun cinayət işi üzrə istintaq hərəkətləri sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib”.

# 1929
avatar

Mehman Nəbiyev

Oxşar yazılar