Cahid Şahbazovun VƏKİLİ DANIŞDI:  "Məsuliyyətə cəlb olunmayıb" - YENİLƏNİB
14 iyul 2025 14:16 (UTC +04:00)

Cahid Şahbazovun VƏKİLİ DANIŞDI: "Məsuliyyətə cəlb olunmayıb" - YENİLƏNİB

Cinayət işi tanınmış oftalmoloq Cahid Şahbazova yox, fakta görə başlayıb.

Bu barədə Lent.az-a danışan Cahid Şahbazovun vəkili Asib Abbasov işin mahiyyətini belə izah edib:

"Hüquqlarını müdafiə etdiyim Cahid Şahbazov barəsində yayılan xəbərlərlə bağlı qeyd etmək istəyirəm ki, cinayət işi birbaşa onun barəsində deyil, fakt üzrə başlanılıb.
Belə ki, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə fakt üzrə cinayət işi başlanılıb.

Bu mərhələdə müvəkkilim Cahid Şahbazov məsuliyyətə cəlb olunmayıb. Qanunvericiliyə əsasən, hər hansı şəxsin təqsirli bilinməsi yalnız məhkəmə hökmü ilə müəyyən oluna bilər. Bu cür yalan məlumatlar ictimai rəyi çaşdırmaqla bərabər, tanınmış bir həkimin illərlə formalaşdırdığı nüfuza ciddi zərbə vurur. 

Bir daha media qurumlarına və ictimaiyyətə çağırış edirik ki, yalnız rəsmi və təsdiqlənmiş məlumatlara əsaslansınlar, insanların şərəf və ləyaqətinə, peşə nüfuzuna xələl gətirə biləcək əsassız ittihamlara yer verməsinlər.

Hər kəsi bu kimi yalan məlumatların tirajlanmasından çəkinməyə, obyektiv və balanslı mövqe sərgiləməyə dəvət edirik".

***

saat 11:40

Tanınmış oftalmoloq Cahid Şahbazovun keçirdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında cinayət işi açılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Humay Əliyeva paylaşım edib.

O, “Caspian Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirdiyini iddia edib.

Humay Əliyevanın sözlərinə görə, həkim tərəfindən gözünün yanlış müayinəsi aparılıb və səhv diaqnoz qoyulub.

O qeyd edib ki, keçirilən tibbi ekspertiza da bunu təsdiqləyib.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566

Oxşar yazılar