Bakının mərkəzində yolu keçən piyadanı  maşın vurub öldürdü
14 iyul 2025 09:01 (UTC +04:00)

Bakının mərkəzində yolu keçən piyadanı maşın vurub öldürdü

Bakının mərkəzində ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Ağayev Anar Vaqif oğlu idarə etdiyi "Chevrolet" markalı avtomaşınla hərəkətdə olan zaman piyada, 1940-cı il təvəllüdlü Məhərrəmov Eldar Məmmədəli oğlunu vurub. 

Nəticədə xəstəxanaya yerləşdirilən  piyada orada ölüb. 

Fakta görə Səbail rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar