“Taxtakörpü” su anbarından daha bir meyit tapıldı
24 oktyabr 2025 14:47 (UTC +04:00)

“Taxtakörpü” su anbarından daha bir meyit tapıldı

0

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə “Taxtakörpü” su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl də “Taxtakörpü” su anbarından meyit tapılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar