Tərtərdə karantində toy
05 aprel 2021 15:31 (UTC +04:00)

Tərtərdə karantində toy

Tərtərdə iki bəyin qohumlarına "toy tutdular" - VİDEO

Tərtərdə toy məclisi təşkil edən şəxslər müəyyən olunub.
 
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xoruzlu kənd sakini Ziyəddin Əbdülkərimovun şəhər ərazisindəki istirahət mərkəzində qonaqların iştirakı ilə oğluna toy keçirdiyi müəyyən edilib.

Bundan başqa rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi digər tədbirlərlə rayonun Düyərli kənd sakini Namiq Vəliyevin şəhər ərazisindəki restoranların birində qardaşına toy məclisi təşkil etdiyi də müəyyən edilib.

Hər iki toyun təşkilatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.

Tərtərdə karantində toy

# 1383
avatar

Mehman Nəbiyev

Oxşar yazılar