Türkiyədə yeniyetmə faciəvi şəkildə ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Manisa şəhəri Alaşehir qəsəbində baş verib. Buradakı tikinti gedən binalardan birində çalışan 16 yaşlı Zeka Dikici 5-ci mərtəbədən yıxılaraq xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlum olub ki, yeniyetmə 11-ci sinifdə təhsil alır. Onun həftədə bir gün dərsə getdiyi, qalan günlərdə isə tikintiyə gəldiyi müəyyənləşib. Hadisə ilə əlaqədar tikinti obyektinin sahibi və yeniyetmənin ustası saxlanılıb.
Araşdırma aparılır.