Tovuzda avtomobil qadını vurub.
Lent.az xəbər verir ki, 25 yaşlı Həsənov Hatəm Heydərəli oğlu idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən 74 yaşlı Bayramova Ədalət Həsən qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
***
11 dekabr, saat: 10:10
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, rayon ərazisində "VAZ" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.