Tovuzda AĞIR QƏZA:  meyiti güclə çıxarıldı
08 fevral 2022 15:21 (UTC +04:00)

Tovuzda AĞIR QƏZA: meyiti güclə çıxarıldı

Tovuzda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Yuxarı Öysüzlü kəndində “Mercedes ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 26 yaşlı Alıyev Sərxan Mikayıl oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 2430
avatar

Mehman Nəbiyev

Oxşar yazılar