Tovuzda gəlinini döyən qayınana  belə cəzalandırıldı
22 noyabr 2025 15:33 (UTC +04:00)

Tovuzda gəlinini döyən qayınana belə cəzalandırıldı

0

Tovuzda gəlinini döyən qayınana cərimələnib.

Lent.az xəbər verir ki, hadisə Qaradaş kəndində qeydə alınıb.

45 yaşlı Mətanət Əzimova (ad və soyad şərtidir) yaşadıqları evdə yaranmış mübahisə zamanı əli ilə gəlinini itələyib və vurub. O, əməlindən peşman olduğunu deyib və məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Zərərçəkən qadın isə qayınanası ilə barışmaq niyyətində olmadığını deyərək, onun cərimələnməsini istəyib.

Hadisə barədə Mətanət Əzimova barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

Tovuz rayon Məhkəməsinin qərarı ilə ona 300 manat məbləğində inzibati cərimə cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar