Tovuzda qatar  kişini vurub öldürdü
14 oktyabr 2025 20:54 (UTC +04:00)

Tovuzda qatar kişini vurub öldürdü

0

Xəbər verdiyimiz kimi, Tovuzda qatarın vurduğu şəxs dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları”- dan APA-ya bildirilib ki, bu gün saat 19:30 radələrində qatar Qovlar-Tovuz sahəsində hərəkətdə olarkən qatarın qarşısına qəflətən insan çıxıb.

Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən həmin şəxs dünyasını dəyişib.

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.


***
20:40

Tovuzda qatarın vurduğu şəxs dünyasını dəyişib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

***
20:28

Tovuz rayonunda hərəkətdə olan qatar bir nəfəri vurub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı–Böyük Kəsik dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində baş verib.

Məlumata əsasən, qatar dəmir yolu xəttini keçmək istəyən orta yaşlı kişini vurub.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar