"Bizim əsas fərqliliyimiz “tam xidmət paketi” təqdim etməyimizdir" - “UniDestin” direktoru
09 oktyabr 2025 16:34 (UTC +04:00)

"Bizim əsas fərqliliyimiz “tam xidmət paketi” təqdim etməyimizdir" - “UniDestin” direktoru

1

UniDestin” Tədris Mərkəzinin direktoru Nüşabə Xəlilovanın APA-ya müsahibəsi

Xarici ölkə vətəndaşlarının Azərbaycan universitetlərinə qəbulunu da təmin edirik

 

– Bu gün Azərbaycanda xaricdə təhsillə bağlı onlarla kurs fəaliyyət göstərir. “UniDestin” Tədris Mərkəzi rəqabətə davamlılığı qorumaq üçün hansı xüsusi istiqamətləri təqdim edir? Ümumiləşdirsək, fərqliliyiniz nədədir?

– Bu gün Azərbaycanda xaricdə təhsil sahəsində fəaliyyət göstərən çoxsaylı kurslar var. “UniDestin” olaraq bizim əsas fərqliliyimiz yalnız “kurs xidməti” deyil, məhz “tam xidmət paketi” təqdim etməyimizdir. Qısaca desək, “UniDestin”in fərqliliyi kompleks yanaşma, fərdiləşdirilmiş proqramlar və beynəlxalq standartlara uyğun tədris-məsləhətçilik xidmətidir.

 

– Fəaliyyətiniz şəxslərin xarici universitetə göndərilməsi ilə məhdudlaşmır. Nəzərdə tutduğunuz çoxşaxəli konsepsiyaya nələr aiddir?

– Doğrudur, mərkəzimizin adından da göründüyü kimi, fəaliyyətimiz yalnız tələbələrin xarici universitetlərə göndərilməsi ilə məhdudlaşmır. Biz daha geniş və çoxşaxəli konsepsiya üzərində çalışırıq.

Hazırda xidmətlərimizə universitetə qəbul prosesi, tələbəlik dövründə dəstək, tələbələrin getdikləri ölkədə yerləşməsinə yardım, yeni mühitə adaptasiya və dost çevrəsi qurmaqda kömək daxildir. Bununla yanaşı, sertifikat proqramları, müxtəlif dil kursları, eləcə də yay və qış məktəbləri də fəaliyyət istiqamətlərimizə daxildir. Həmçinin xarici ölkə vətəndaşlarının Azərbaycan universitetlərinə qəbulunu da təmin edirik. Bu il iki xarici vətəndaşın Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbulunu uğurla reallaşdırmışıq.

Hər kəs üçün hədəflərinə uyğun şəxsi inkişaf xəritəsi qururuq

 

– Xaricdə təhsil kurslarının əksəriyyətində təbii olaraq öhdəlik hansısa bir şəxsin arzuladığı universitetə qəbul qazanması ilə məhdudlaşır. Bildiyimizə görə, “UniDestin” Təhsil Mərkəzi şəxsin protəhsil dövründəki fəaliyyətini də izləyir və dəstək olur. Bu barədə nələr nəzərdə tutulub?

– Doğrudur, bir çox xaricdə təhsil kurslarının öhdəliyi yalnız tələbənin universitetə qəbul qazanması ilə yekunlaşır. Lakin “UniDestin” olaraq biz bu prosesi qəbul mərhələsi ilə məhdudlaşdırmırıq.

Biz sadəcə dil və ya imtahan hazırlığı ilə kifayətlənmirik, tələbənin bütün yolunu, akademik hazırlıq, imtahan strategiyası, universitet seçimi, müraciət və sənəd işləri, təqaüd imkanlarının araşdırılması, hətta viza müraciətinə dəstək də daxil olmaqla, sistemli şəkildə izləyirik.

Üstəlik, qəbuldan sonra da tələbənin yeni mühitə adaptasiyasını, yerləşməsini və təhsil dövründə qarşılaşa biləcəyi çətinliklərin həllini diqqətdə saxlayırıq.

Digər mühüm üstünlüyümüz isə fərdi yanaşmadır. Hər bir tələbənin məqsədi və potensialı fərqli olduğundan, biz standart proqramlarla kifayətlənmirik. Əksinə, hər kəs üçün hədəflərinə uyğun şəxsi inkişaf xəritəsi qururuq və onu addım-addım izləyirik.

“UniDestin”də yaş məhdudiyyəti yoxdur

 

– Tədris Mərkəzində müxtəlif istiqamətlərdən yararlanmaq üçün yaş məhdudiyyəti varmı?

– “UniDestin”də yaş məhdudiyyəti yoxdur, 6 yaşdan yuxarı bütün tələbələr üçün müxtəlif istiqamətlərdə xidmət göstəririk.

İELTS, TOEFL, Duolingo və AP proqramları üzrə xidmətlərimiz mövcuddur. Xüsusilə 6–13 yaş qrupu üçün ayrıca proqramlarımız hazırlanıb. Bu yaş qrupunda şagirdlərə ingilis, Çin, alman, rus və fransız dillərinin həm qrammatikası, həm də danışıq bacarıqları öyrədilir.

Bundan əlavə, beynəlxalq dil sertifikatlarına hazırlıq, riyaziyyat üzrə həm yerli, həm də beynəlxalq təhsil sisteminə uyğun hazırlıq, eləcə də olimpiadalara hazırlıq proqramları da təqdim edirik.

“UniDestin”də robotexnika kursları təşkil ediləcək

 

– “UniDestin” Tədris Mərkəzinin gələcək fəaliyyətində hansı yeniliklər gözlənilir?

- “UniDestin” Tədris Mərkəzinin gələcək fəaliyyətində bir sıra yeniliklər nəzərdə tutulur. Planlarımız arasında robotexnika kurslarının təşkili, gələcəyə yönümlü ixtisaslara hazırlıq proqramlarının genişləndirilməsi və tələbələrə ikili orta məktəb diplomu imkanı yaratmaq xüsusi yer tutur.

Bu istiqamətlər tələbələrə yalnız akademik bilik deyil, həm də müasir bacarıqlar qazandıracaq. Eyni zamanda, onlara beynəlxalq təhsil bazarında daha geniş seçim imkanı verəcək və gələcək karyera baxımından üstün mövqedə olmalarına şərait yaradacaq.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 370

Oxşar yazılar