Zaqatalada 61 yaşlı kişini  maşın vurdu
14 oktyabr 2025 21:12 (UTC +04:00)

Zaqatalada 61 yaşlı kişini maşın vurdu

2

Zaqatalada 61 yaşlı kişini maşın vurub. 

Lent.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib. 

Muxax kənd sakini, 1988-ci il təvəllüdlü Elmir Mikayılov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə həmkəndlisi, 1964-cü il təvəllüdlü Murad Məhərrəm oğlu Atayevi vurub.  

Müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Atayev  Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 7854

Oxşar yazılar