“Toyota Prius” “Kamaz”la TOQQUŞDU:  Ölən var
30 may 2023 10:52 (UTC +04:00)

“Toyota Prius” “Kamaz”la TOQQUŞDU: Ölən var

Bakıda “Toyota Prius” “Kamaz”la toqquşub. 

Lent.az-ın xəbərinə görə, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, sürücü Anar Şirin oğlu Rzayev idarə etdiyi “Toyota Prius” markalı avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan yolun sağ kənarında dayanan Nurlan Xanəli oğlu Xalidova məxsus “Kamaz” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. 

Hadisə nəticəsində sürücü Anar Rzayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-nin İŞ-də cinayət işi başlanıb, istintaq aparılır.

# 2112
avatar

Fidan İlqar

Oxşar yazılar