Türkiyədə daha bir bələdiyyədə ƏMƏLİYYAT - 39 nəfər həbs edildi
31 oktyabr 2026 12:00 (UTC +04:00)

Türkiyədə daha bir bələdiyyədə ƏMƏLİYYAT - 39 nəfər həbs edildi

0

Türkiyənin İstanbul şəhərində Bakırköy Bələdiyyəsində dövlət satınalmaları zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı aparılan istintaq çərçivəsində 39 nəfər həbs edilib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, həbs edilənlər arasında bələdiyyə sədrinin müavinləri, bələdiyyə məclisinin üzvləri, idarə rəhbərləri və özəl şirkətlərin nümayəndələri var. 

Həbs edilən bələdiyyə əməkdaşları arasında sədr müavinləri Abdülhamit Pehlivan, Cemalettin Özdemir, Arda Karadağ, Ali Rıza Akyüz, sədr müavini vəzifəsini icra edən Nurcan Alan, məclis üzvləri Mustafa Fazlıoğlu və Erkan Gül, həmçinin Derya Güler, Abdulkadir Akay, Ahmet Kekellüoğlu, Yunus Alışkan, İbrahim Yavuz, Mustafa Fatih Özkan, Duygu Muş, Nusret Sapa, Berkay Biçer, Selin Çiftçi, Kaan Dengiz, Yüksel Ercan Akçabay və Ferhat Ferahi Çelik var.

Həbs edilən 19 şirkət nümayəndəsinin adları isə bunlardır: Ali Kemal Şahinsoy, Ahmet Adnan Özyirmidokuz, Ali Mürteza Alır, Alper Demirtaş, Birkan Dıragat, Cemal Arıkan, Eyyüp Alır, Fırat Duran, Gökhan Konur, Gürkan Dıragat, Hasan Mercan, Hüseyin Kıran, Mehmet Muhlis Öner, Mehmet Sırrı Özdemir, Osman Akın, Ömer Tuncer, Tolgahan Acar, Veli Çakırca və Yılmaz Tuna.

Qeyd edək ki, məhkəmə nəzarətinə buraxılanlar arasında Bakırköy Bələdiyyəsinin sədri Ayşegül Ovalıoğlunun atası Mustafa Özdemir və dayısı Metin Soğuksu da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar