Üç gün əvvəl ərə gedən gəlin bal ayında  öldü
05 iyun 2024 18:43 (UTC +04:00)

Üç gün əvvəl ərə gedən gəlin bal ayında öldü

Türkiyədə gəlin bal ayında ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Nevşehir şəhərində baş verib. İyunun 1-də evlənən 21 yaşlı Nazlı Can Göksu və Nuri Anıl Göksü bal ayı üçün Kapadokyanı seçiblər. Onlar Nevşehir şəhərinin Ürgüp qəsəbəsində bir otelə yerləşiblər.

Ötən gecə gəlinin halı qəfil pisləşib. Bəy təcili tibbi yardıma zəng vurub və həkimlər çağırışa gəlib. Lakin onların müdaxiləsinə rəğmən gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Nazlı Can Göksu ölümündən bir gün əvvəl infarkt keçirib. Meyit torpağa tapşırılıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2805
avatar

Oxşar yazılar