Ucar rayonunda çaqqallar kəndə hücum edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Şahlıq kəndində qeydə alınıb.
İki nəfər kənd sakini çaqqal hücumuna məruz qalıb. Çaqqalların quduz xəstəliyinə yoluxduğu güman edilir. Zərərçəkmişlərə quduzluq iynəsi vurulub.
Hadisə nəticəsində kənd sakininin 20 baş qoyununu da çaqqalar parçalayıb. Çaqqal öldürülməsinə cərimə yazıldığı üçün insanlar atəş aça bilmir. Sakinlər təhlükə altında qaldıqları üçün bundan şikayətçidirlər.