Ucarda vəzifəli şəxs ürəktutmadan öldü
27 oktyabr 2025 22:54 (UTC +04:00)

Ucarda vəzifəli şəxs ürəktutmadan öldü

0

Ucarda icra nümayəndəsi  vəfat edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ucar rayonu İcra Hakimiyyəti Başçısının Xələc Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Azad Abdullayev bu gün axşam saatlarında halı pisləşərək vəfat edib.

Mərhumun ürəktutmadan həyatını itirdiyi deyilir.

Qeyd edək ki, 57 yaşlı Azad Abdullayev uzun müddətdir ki, Xələc kəndində nümayəndə kimi çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar