Uşaqlara siqaret satanlar cərimələndi
28 aprel 2021 11:48 (UTC +04:00)

Uşaqlara siqaret satanlar cərimələndi

0

Baş İctimai Təhlükəsizlik İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reyd nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mağazaların 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib edilərək hər biri 100 manat cərimə olunublar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2254

Oxşar yazılar