Vergidən yayınan zavod direktoru Azərbaycanda saxlanıldı
19 iyun 2024 10:17 (UTC +04:00)

Vergidən yayınan zavod direktoru Azərbaycanda saxlanıldı

Rusiyanın Tomsk vilayətində lampa məhsulları istehsal edən iki təşkilatın direktorları 24,5 milyon rubl (təxminən 472 min 800 manat) vergini gizlətməkdə ittiham olunublar. Cinayət işi baxılması üçün Tomsk şəhərinin Kirovski Rayon Məhkəməsinə verilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2018-ci ilin aprelindən 2020-ci ilin yanvarınadək və 2020-ci ilin avqust ayından sentyabr ayına kimi rəhbərlik etdiyi iki kommersiya təşkilatının vergi borcunun olduğunu bilərək, üçüncü şəxslərin hesablarından istifadə etməklə satın aldığı mal, iş və xidmətlərə görə podratçılara ödənişlər edib.

Şirkətlərin hesablaşma hesablarına vəsait daxil olduqda, vergi idarəsi 24,5 milyon rubldan çox vergi borcunu toplaya bilərdisə də, bunu etməyib. Qeyd olunur ki, FSB-nin regional idarəsinin materialları əsasında cinayət işi başlanıb.

Xatırladaq ki, “Tomsk İşıqlandırma Zavodu” MMC 2021-ci ildə 9 milyon vergi borcuna görə müflis elan edilib ki, bunun da 4 milyonu borcun özü, qalanı isə cərimələrdir. 2020-ci ilin noyabrında Tomsk vilayətinin İstintaq İdarəsi müəssisə rəhbərinə qarşı qiyabi ittiham irəli sürüb və onu axtarışa verib. Zavodun direktoru Vladislav Qolubev bir müddət əvvəl Azərbaycanda saxlanılaraq Tomska aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2700
avatar

Mehman Nəbiyev

Oxşar yazılar