Vətəndaşların məlumatlarını satan polislər həbs  olundu
12 fevral 2025 12:14 (UTC +04:00)

Vətəndaşların məlumatlarını satan polislər həbs olundu

Rusiyanın paytaxtı Moskvada məhkəmə vətəndaşların şəxsi məlumatlarını satmaqda ittiham olunan iki polis əməkdaşının həbs müddətini aprelin 8-dək uzadıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, cinayət işinin materiallarından belə çıxır ki, polislər Vladimir Mityurov və Yevgeni Malışev vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda və kompüter məlumatlarına qanunsuz daxil olmaqda ittiham olunurlar. İstintaqın məlumatına görə, onlar rüşvət qarşılığında vətəndaşların məlumatlarını və poçt ünvanlarını internet vasitəsilə ötürüblər.

Mityurov və Malışev günahlarını inkar edirlər. Onlar məhkəmədən ev dustaqlığı qətimkan tədbirinin yumşaldılmasını istəyiblər. Mityurov həbs olunmazdan əvvəl Mərkəzi İnzibati Dairə üzrə Daxili İşlər İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyatçı, həmkarı isə Mərkəzi İnzibati Dairə üzrə Daxili İşlər İdarəsinin hüquq-mühafizə şöbəsinin rəisi vəzifələrində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5405

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15