Vəzifəli şəxsə məxsus restoran   cərimələndi
10 fevral 2022 14:06 (UTC +04:00)

Vəzifəli şəxsə məxsus restoran cərimələndi

Ağsuda şadlıq sarayında karantin qaydalarının pozulması aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, Ağsu şəhəri, Səməd Vurğun küçəsində yerləşən, vəzifəli şəxs Qaniyev Elvin Zahir oğluna məxsus “Asiman” şadlıq sarayına baxış keçirilib.

Bu zaman pandemiya dövrünün tələblərinin pozulduğu aşkar edilib.

Orada sıxlıq normalarına əməl edilmədiyi, normadan artıq qonaq qəbul olunduğu, oturacaqlar və masalararası məsafənin gözlənilmədiyi müəyyən edilib.

Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

# 2493
avatar

Mehman Nəbiyev

Oxşar yazılar