Xaçmazda mərhum həmkəndlisinin məzarının baş daşını sındıran şəxsə hökm oxunub.
Lent.az xəbər verir ki, hadisə Yataqoba kənd qəbiristanlığında qeydə alınıb.
İttiham aktına görə, 49 yaşlı Həbib Səfərbəyov 7-8 il əvvəl onu söyən mrəhum həmkəndlisinin məzarına sərxoş halda gəlib. O, məzarın baş daşını itələyərək aşırıb və qəbirin üzərinə gül qoymaq üçün nəzərdə tutulan 2 ədəd güldanı da sındırıb.
Bu əməlinə görə o saxlanılıb və barəsində cinayət işi başlanıb.
Həbib Səfərbəyov ifadəsində bildirib ki, 7-8 il əvvəl anlaşılmazlıq səbəbilə mərhum həmkəndlisi onu söyüb. Hazırda törətdiyi əməldən peşmandır və mərhumun ailəsindən utanır.
Zərərçəkmiş də təqsirləndirilən şəxslə aralarında barışıq olduğunu deyərək, ona həbslə bağlı olmayan cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə H. Səfərbəyov aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla yekun olaraq, 1 ay 18 gün müddətinə islah işləri cəzasına məhkum edilib.