Xaçmazda qohumunu güllələyən kişinin kimliyi açıqlanıb.
Lent.az xəbər verir ki, ötən gün saat 19 radələrində Xaçmaz şəhərinin ərazisində Köhnə Xaçmaz kənd sakini 1988-ci il təvəllüdlü Rafiq Sadıq oğlu Həbibov münaqişə zəminində ov tüfəngi ilə atəş açaraq qohumu, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Emin Nəcmulla oğlu Cəlilovu öldürüb.
R.Həbibov polis tərəfindən tutulub.
Hadisə yerindən qanunsuz saxladığı 1 ədəd “İJ” markalı 7616 N-li ov tüfəngi götürülüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
***
saat 20:22
Xaçmaz şəhərində güllələnmə hadisəsi baş verib.
Lent.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Emin Nəcmulla oğlu Cəlilov odlu silahla vurularaq hadisə yerində dünyasını dəyişib.
İlkin məlumata əsasən, E. Cəlilov qohumu tərəfindən tüfənglə vurulub.
Faktla bağlı araşdırma aparılır.