Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Dövlət Gömrük Komitəsində ( DGK) əməliyyat keçirilib.
Lent.az-ın məlumatına görə, keçirilmiş əməliyyat nəticəsində DGK-nın 7 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.
Lakin DGK-nın iki əməkdaşının - Tahir Tahiri və Əvəz adlı gömrük işçisinin məsuliyyətdən yayınmaq üçün İrana qaçdıqları bildirilir.
Bakupost.az saytı yazıb ki, DGK-nın İrana qaçan əməkdaşı Tahir Tahiri xalq şairi Söhrab Tahirin oğludur.
Xatırladaq ki, bu əməliyyat çərçivəsində Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da saxlanılıb.