Aşkarlanan tütün məmulatları
28 fevral 2022 18:27 (UTC +04:00)

Aşkarlanan tütün məmulatları

Xaricdən "Marlboro" gətirən qatar maşinisti saxlanıldı - FOTO

Külli miqdarda tütün məmulatlarının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, fevral ayının 26-da saat 13:20-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən 6 ədəd sarı rəngli bağlamada 580 blok (5800 ədəd) “Marlboro” markalı siqaret aşkar olunaraq götürülüb.

Fevral ayının 27-də saat 23:30-də “Astara” sərhəd nəzarət şöbəsinin dəmir yolu bölməsində “İİR Astara - AR Astara” yük qatarının mühərrik hissəsinin gizlin saxlanc yerlərinə baxış keçirilərkən lokomotivin sürücüsü Astara rayon sakini 33 yaşlı Quliyev Elvin Rafiq oğlu və köməkçisi Masallı rayon sakini 44 yaşlı Kazımov Bəxtiyar Qulaməli oğlu tərəfindən gizlədilmiş 796 qutu “Manchester” və 50 qutu “Marlboro” markalı siqaret aşkar olunaraq Astara dəmiryolu gömrük postuna təhvil verilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 2049
avatar

Mehman Nəbiyev

Oxşar yazılar