Xarici dövlət rəsmisinə Bakıda sui-qəsd planlaşdıranlara  hökm oxundu
02 aprel 2025 18:02 (UTC +04:00)

Xarici dövlət rəsmisinə Bakıda sui-qəsd planlaşdıranlara hökm oxundu

Xarici dövlət rəsmisinə Bakıya səfərində sui-qəsd planlaşdıran əcnəbilərin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, xarici ölkə vətəndaşları Yazdan Shenas Khales Hossein Ramezanali və Javidanhelan Ehsan Hossein hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, xarici ölkə vətəndaşları Yazdan Shenas Khales Hossein Ramezanali və Javidanhelan Ehsan Hossein 2023-cü ilin may ayının 31-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Yazdan Shenas Khales Hossein Ramezanali və Javidanhelan Ehsan Hossein Azərbaycana əfsanə motiv altında gələrək, digər xarici dövlət rəsmisi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının Azərbaycan Respublikasına növbəti səfəri zamanı Bakı şəhərində ona qarşı sui-qəsd (terror aktı) törətməyə hazırlıq hərəkətlərində ittiham olunurlar.

Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham elan olunub./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200

Oxşar yazılar

Daşkəsəndə DƏHŞƏT:  qardaş bacısını baltaladı

Daşkəsəndə DƏHŞƏT: qardaş bacısını baltaladı

8 avqust 2025 , 15:05
Lotereya oğrusu TUTULDU

Lotereya oğrusu TUTULDU

8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT

Baş prokurordan YENİ TƏYİNAT

8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə

Siyəzəndə kütləvi zəhərlənmə

8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu  köprənin SON DURUMU -YENİLƏNİB

Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB

8 avqust 2025 , 09:58
Bakıda FACİƏ:  avtobus piyadanı vurub öldürdü

Bakıda FACİƏ: avtobus piyadanı vurub öldürdü

8 avqust 2025 , 09:56