Gəncədə çoxsaylı oğurluqlar etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən cari ilin may-avqust ayları ərzində Gəncə şəhəri ərazisindəki 11 evdən və 2 avtomobildən pul, akkumulyator, həyətlərdən isə su sayğacı, su mühərriki, ev quşu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Azər Qurbanov tutulub.
Araşdırma aparılır.