31 yaşlı kişini güllələyən qrupun daha bir üzvü həbs edilib
05 sentyabr 2013 13:59 (UTC +04:00)

31 yaşlı kişini güllələyən qrupun daha bir üzvü həbs edilib

0

Bakıda 31 yaşlı kişini güllələyən qrupun daha bir üzvü həbs edilib.


 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Elçin Fərəcovu qətlə yetirən qrupun digər üzvü, Sabirabad rayon sakini Murad Məmmədov tutulub.

 

Qeyd edək ki, məlum hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu odlu silahla güllələyib. Nəticədə xəstəxanaya çatdırılan E. Fərəcovu xilas etmək mümkün olmayıb.

  

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 972

Oxşar yazılar